Logo

“Bayden vəzifəsindən kənarlaşdırılmalıdır...” – Demokratlardan etiraz

“Bayden vəzifəsindən kənarlaşdırılmalıdır...” – Demokratlardan etiraz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“ABŞ prezidenti Co Bayden vəzifəsini tərk edərsə, bəşəriyyətin bütün problemləri həll olunacaq”.

Sfera.az bildirir ki, bunu ABŞ Demokratlar Partiyasının üzvü Cefri Yanq deyib.

Dünyada “dəhşətli vəziyyət”in yarandığını iddia edən Yanq böhrandan çıxış yolunu da göstərib.

"ABŞ prezidentinin və onun milli təhlükəsizlik komandasının impiçmenti və vəzifəsindən kənarlaşdırılmasına təşəbbüs göstərmək lazımdır”, deyə o söyləyib.

Qeyd edək ki, bundan əvvəl amerikalı siyasətçi Vaşinqtonu Kiyev rejiminə dəstəyi  və Ukrayna Silahlı Qüvvələrinə texnika verməyi dayandırmağa çağırıb. O, qeyd edib ki, ABŞ-ın xarici siyasəti Ukrayna münaqişəsinin uzadılmasına yönəlib.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR