Avropa İttifaqı Ukrayna savaşında dalana dirənib - Mişeldən növbəti ETİRAF

Avropa İttifaqı Ukrayna savaşında dalana dirənib - Mişeldən növbəti ETİRAF

“Moskva ilə bağlı əlavə tədbirlərin görülməsində çətinliklər var”.

 

Sfera.az bildirir ki, bunu Avropa Şurasının rəhbəri Şarlz Mişel İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində deyib. O, sözügedən çətinliyin Ukraynadakı vəziyyətlə əlaqəli olduğunu vurğulayıb:

 

“Ukraynada bizdən yeni sanksiyalar paketləri ilə Kremlə təzyiqi davam etdirməyimizi gözləyirlər. Düzdür, bizim imkanlarımız var, lakin növbəti addımlar çətin olacaq. Ukraynada baş verənləri danışmaq üçün Afrikadan Latın Amerikasına qədər bütün regionları gəzmək lazımdır”.

 

Avropa Şurasının rəhbəri Ukrayna prezidenti Zelenskinin xüsusilə ərzaq böhranına görə bu məsələdə çox israrlı olduğunu söyləyib. “Buna görə də onlar Afrika qitəsində 10 yeni səfirlik açmağa qərar verdilər. Bu, düzgün seçimdir və biz onlara kömək etməyə hazırıq”, - Mişel əlavə edib.

 

Avropalı rəsmi Rusiyanın dondurulmuş aktivlərindən də söz açıb: “Əsas məsələ dondurulmuş aktivlər, onların müsadirə olunma və bu bərpa xərclərinin ödənilməsi üçün istifadə imkanlarıdır. İndi bizim 300 milyard avro dəyərində Rusiya aktivlərimiz var. Mən artıq bir neçə aydır ki, onlarla qanuni prinsiplərə uyğun olaraq nəsə edilməsini müdafiə edirəm. Bu, heç də asan deyil, yalan danışmayacağam”.

 

Mişel həmçinin iddia edib ki, Ukraynanın məğlubiyyəti gələcək üçün çox təhlükəli presedent olacaq. O, Kiyevə tankların göndərilməsini və ayrılan 50 milyard avro yardımı dəstəkləmək mövqeyini bir daha xatırladıb. 

 

“Daha 18 milyard avro, dekabrda makromaliyyə yardımı üçün təsdiqlənib, ilk ödənişi bu ay olacaq”, - Avropa Şurasının rəhbəri bildirib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...