Logo

Kralın tacqorma mərasiminə qarşı etiraz aksiyası keçiriləcək

Kralın tacqorma mərasiminə qarşı etiraz aksiyası keçiriləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Britaniyada monarxiya əleyhdarları may ayında Kral III Çarlzın tacqoyma mərasiminə etiraz etməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazıb.

Bildirilir ki, monariya əleyhinə olanlar mərasimin yüksək inflyasiya ilə mübarizə aparan insanların əksəriyyətinin "üzünə sillə" olduğunu bildirir.

“Respublika” qrupu Parlament meydanında dinc nümayiş keçirmək planları barədə London polisinə məlumat verib.

“Tacqoyma mərasimi irsi güc və imtiyazların təntənəsidir və müasir cəmiyyətdə yeri yoxdur”, - Respublika Qrupunun icraçı direktoru Qrem Smit bildirib.

Bukingem Sarayı daha əvvəl bildirib ki, tacqoyma mərasimləri Vindsor qalasında konsert, küçə şənlikləri, işıq şouları ilə qeyd olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR