Logo

Rusiyalı deputat məktəblilərin müharibəyə hazır olması üçün TƏKLİF VERDİ

Rusiyalı deputat məktəblilərin müharibəyə hazır olması üçün TƏKLİF VERDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyalı məktəblilərə hərbi hissələrdə atəş açmağın öyrədilməsi təklif edilib.

Sfera.az bildirir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Viktor Sobolev çıxış edib. O qeyd edib ki, 9-11-ci sinif şagirdləri üçün atıcı silahlarla tanışlıq və atıcılıq poliqonlarına səfərlərdən ibarət ilkin hərbi hazırlıq proqramı yaradılmalıdır.

“Məktəblilər bilməlidir ki, bizdə hansı atıcı silahlar var, onlardan necə istifadə etmək, necə qorunmaq lazımdır, zədə zamanı hansı tibbi yardım göstərilməlidir. Əvvəllər şagirdlər həm müdafiə vasitələrini, həm də silahları öyrənirdi. Hətta hansısa hərbi hissənin poliqonuna gedib atəş açırdılar. Bu uşaqlar da anlamalıdır ki, onların müqəddəs borcu böyük ölkəmizi, onun müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini qorumaqdır. Buna hazır olmalıdırlar”, - Viktor Sobolev bildirib.

Deputat həmçinin, uşaqların kiçik yaşlarından Rusiya dövlətinin tarixini öyrənməli olduğunu vurğulayıb: “Onuncu sinfə kimi biz artıq tariximizi tam bilirdik. Böyük Vətən Müharibəsini, ata-babalarımızın məharətlə vuruşduğunu öyrənmişdik. Bunu, bəlkə də uşaq bağçasından etibarən öyrətmək lazımdır”, - deyə Sobolev yekunlaşdırıb.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR