NATO-nun Ukrayna tərəddüdləri – Əvvəlki dəstək olmayacaq?

NATO-nun Ukrayna tərəddüdləri – Əvvəlki dəstək olmayacaq?

NATO-da Ukraynaya dəstəklə bağlı fikir ayrılıqları var.

Sfera.az bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb. Nəşr alyans üzvlərinin Ukraynaya tankların tədarükü məsələsində razılığa gələ bilmədiklərini yazıb.

 

“Bu, Şimali Atlantika Alyansında yaranan parçalanmadan xəbər verir. Burada kiçik, amma çox ciddi çatlar var”, deyə vurğulanıb.

 

Məqalənin müəllifləri bildirib ki,  NATO-nun gələn il üçün strategiyası və yaxın bir neçə ayda Ukraynaya dəstək məsələsində Şimali Atlantika Alyansı üzvlərinin düşüncələri fərqlidir: “Mübahisələrin çoxu bağlı qapılar arxasında baş verir. Buna baxmayaraq, bu həftə İngiltərənin hazırkı tədarük səbirsizliyi və Almaniyanın “Leopard 2” tanklarını vermək istəməməsi ictimaiyyətə məlum oldu”.

 

“The New York Times” həmçinin qeyd edib ki, Co Bayden administrasiyasının nümayəndələri alman həmkarlarından da narazıdır:

 

“Onların bu həftə ərzində apardığı danışıqlardan açıqca narahat olduqları göründü. Vaşinqtonda Almaniya kansleri Olaf Şoltsun tankları göndərməklə bağlı qorxularının olduğuna inanılır. Onlar düşünür ki, alman tanklarının rus sərhədinə yaxın ərazilərdə olması dünya müharibəsi zamanı nasist işğalını xatırladacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR