Məşhur idmançı dələduzların qurbanı oldu: 12,7 milyon dollar.. 

Məşhur idmançı dələduzların qurbanı oldu: 12,7 milyon dollar.. 

Tarixin ən məşhur sprinteri, səkkizqat olimpiya çempionu Useyn Bolt dələduzların qurbanı olub.

 

Sfera.az bildirir ki, idmançının yerli investisiya şirkətində əmanətləri yoxa çıxıb. Yamaykanın ingilis dilində nəşr olunan “The Gleaner” qəzetinin xəbərinə görə, Bolt pulun itdiyini ilk dəfə yanvarın 11-də anlayıb.

 

Məlumata görə, onun “Stocks & Securities Limited” (SSL) investisiya şirkətində olan hesabından təxminən 12 milyon 700 min dollar yoxa çıxıb.

 

“Əgər bu doğrudursa, o zaman müştərimizə qarşı ciddi bir fırıldaqçılıq və ya oğurluq hadisəsi baş verib”, - deyə Useyn Boltun vəkilləri şirkətə məktub yazıb və pulun geri qaytarılmasını tələb ediblər. Vəkillər yaxın 10 gün ərzində pulun Bolta qaytarılmaması halında şirkətə qarşı cinayət işi açılacağını bildiriblər. İdmançının vəkili Linton P. Gordon mətbuata açıqlamasında Bolta cəmi 12 min dolların qaldığını söyləyib.

 

Qeyd edək ki, Useyn Bolt 2017-ci ildə treklərlə vidalaşandan sonra qısa müddət futbol oynayıb, ardınca peşəkar idman karyerasını bitirdiyini açıqlayıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR