Tarixin ən qorxunc qatillərindən biri Dahmeri öldürən adam kim idi?  - FOTO

Tarixin ən qorxunc qatillərindən biri Dahmeri öldürən adam kim idi?  - FOTO

Qan donduran cinayətləri ilə adını “tarixə yazdıran” Jeffrey Dahmer ölümündən illər sonra da qorxu yaratmağa davam edir. Həyatı və cinayətləri çox tanınan Jeffrey Dahmer həbsxanada başqa bir qatil tərəfindən öldürülüb. Bəs Cefrini öldürən qatil kim idi?



Sfera.az serialı ilə bir daha “məşhur” olan Dahmerin qatili haqqında məlumatları təqdim edir.
 

Öldürdükdən sonra meyidlərə təcavüz edən və bədəninin hissələrini yemək üçün gizlədən dəhşətli qatil cinayətləri illər əvvəl törətdiyi cinayətlərlə qorxu yaratmağa davam edir.
 

1978-ci ildən 1991-ci ilə qədər 17 nəfəri vəhşicəsinə qətlə yetirən və meyitlər üzərində dəhşətli cinayətlər törədən Ceffri Dahmer haqqında hamınız eşitmisiniz.
 

17 nəfəri öldürərək tarixin ən qorxulu serial qatillərindən biri olan Ceffri Dahmer 1991-ci ildə Viskonsin və Ohayo ştatları məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.


Həbsxanada bir çox cinayətkar və həbsxana məmuru ilə dava edən Dahmer, Christopher Scarver adlı qatil tərəfindən döyülərək öldürülüb.
 

Özü qətlə görə həbsə atılan Kristofer Skarver palatada Dahmerdən daim iyrəndiyini və Dahmerin cinayətləri haqqında yazan qəzet məqaləsini həmişə üzərində gəzdirdiyini bildirib.
 

Bir gün tualeti təmizləyərkən Dahmerlə tək qalan Scarver qəzet parçası çıxardığını və Dahmerdən etdiyi ağır cinayətlərin hesabını soruşduğunu və onu döyməyə başladığını açıqlayıb.
 

Dahmeri sorğu-sual edərkən çaxnaşma düşdüyünü və onun qaçmağa çalışdığını deyən Scarver, Dahmerin başına ağır metal vuraraq öldürdüyünü bildirib.
 

Həmin vaxt həbsxana məmurlarının olmadığı təfərrüatlarını açıqlayan Skarver həbsxana rəhbərliyinin və məmurların da Dahmerin ölməsini istədiyini bildirib.

 

Xanım

 


OXŞAR XƏBƏRLƏR