Logo

Rusiya Silahlı Qüvvələri uşaq bağçasını vurdu - Ölən var

Rusiya Silahlı Qüvvələri uşaq bağçasını vurdu - Ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Rusiya hərbçiləri Kramatorskaya raket zərbəsi endirib, mərmi uşaq bağçasının yaxınlığına düşüb.

Sfera.az bildirir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko Telegram-da yazıb.

"Səhər saatlarında ruslar Kramatorska raket hücumu həyata keçiriblər - raket uşaq bağçasının yaxınlığında düşüb. Biz zərbənin nəticələrini müəyyənləşdiririk"- rəsmi məlumatda deyilir.

“Rus ordusu şəhərə 3 raket zərbəsi endirib” Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

Bir nəfər ölüb.

Kirilenkonun sözlərinə görə, Donetsk vilayətində vəziyyət, işğalçı ilə davam edən döyüşlər səbəbindən kifayət qədər təhlükəlidir. O əlavə edib ki, hazırda Kramatorskda 77 minə yaxın insan yaşayır.

Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə ruslar Ukraynanın Kramatorski əyalətini atəşə tutub və 40-dan çox evə ziyan dəyib. Şəhərə raket hücumu Fransanın TF1 telekanalı tərəfindən canlı yayımlanıb.

2022-ci il dekabrın əvvəlində təkcə Kramatorskda 370 yaşayış binası hərbi əməliyyatlar səbəbindən istiliksiz qalıb.

Açıklama yok.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR