Aİ Ukraynaya növbəti 10 milyonluq yardımı ayırdı
Kateqoriya məlum deyil
Avropa İttifaqına (Aİ) üzv ölkələr birlikdə Ukraynaya 10 milyard avro hərbi yardım ayırıb.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Madriddə keçirilən“Yeni İqtisadiyyat Forumu”nun mükafatlandırma mərasimində çıxışı zamanı Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell məlumat verib.
“Avropanın Ukrayna üçün etdiyi hər şeyi - təkcə mənim təşviq etdiyim hərbi dəstəyi deyil, həm də bütün növ iqtisadi, makro-maliyyə və humanitar yardımları cəmləsəniz, artıq 50 milyard avroya yaxınlaşırıq”, - deyə Borell qeyd edib.






