Qırmızı-Ağ rəngə qaranın qatıldığı acı gün - Qardaş Türkiyənin də tarixinə yazılmış 20 Yanvar faciəsi

Qırmızı-Ağ rəngə qaranın qatıldığı acı gün - Qardaş Türkiyənin də tarixinə yazılmış 20 Yanvar faciəsi

34 il əvvəl qardaş Türkiyənin də tarix payına fərqli 20 yanvar faciəsi düşüb. Malatyaspor matçına gedən avtobusun uğradığı qəza, Samsunsporda 5 nəfərin ölümü ilə nəticələnmişdir.


Sfera.az bildiri ki, 20 yanvar 1989-cu ildə Türkiyə futbolunun kədərli günlərindən biridir. “Samsunspor” komandası Türkiyə 1-ci Futbol Liqasının “Malatyaspor”la oynanacağı matç üçün bu şəhərə yola düşüb. Samsunun Havza mahalında səhər saat 09.30 sıralarında konvoyu daşıyan avtobus uçuruma yuvarlanıb. “Samsunspor” 3 oyunçusu, məşqçisini, sürücüsünü itirib. Qəzada “Samsunspor”un baş məşqçisi Nuri Asan, futbolçular Müzəffər Badalıoğlu, Mete Adanır və avtobus sürücüsü Asım Özkan hadisə yerində, futbolçu Zoran Tomiç isə 6 ay Yuqoslaviyada komada qaldıqdan sonra dünyasını dəyişib. Bu qəzadan sağ çıxan bir çox oyunçu və ekipaj üzvləri də ciddi şəkildə yaralanıb və ya əlil olublar.


Qəza səbəbindən 1988-89 mövsümünü davam etdirə bilməyən “Samsunspor”mövsümün sonuna qədər bütün matçlarda 3-0 məğlub sayılıb, lakin
klub federasiyanın verdiyi xüsusi statusla liqada qalıb. Həmin mövsüm isə liqanın “Onur Şampiyonu” elan edilib.
 

Bir müddət sonra “Samsunspor” itirdikləri adların xatirəsinə qırmızı-ağ rənglərinə qara rəng qatıb.
 

Bu hadisənin xatirəsinə Samsunspor azarkeşləri 2013-14 mövsümündə Samsun 19 May Stadionunda baş verən qəzada həyatını itirən futbolçu və məşqçinin xoreoqrafiyasını açaraq, bu qəzanın unudulmayacağını göstərib: “Hasretinle yandı gönlüm”.
 

Vəfatlarının 34-cü ildönümündə onları da hörmətlə yad edirik.

 

Sfera.az

Aysel
 


OXŞAR XƏBƏRLƏR