Logo

Microsoft "Windows 10"un satışını DAYANDIRACAQ

Microsoft "Windows 10"un satışını DAYANDIRACAQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Microsoft köhnəlmiş "Windows"un satışının bitmə tarixini açıqlayıb.

Sfera.az  xarici KİV-ə istinadən xəbər verir ki, Amerika korporasiyası yanvarın 31-də məşhur OS üçün lisenziya satışını dayandıracaq.

Şirkət artıq Windows 10 üçün ödənişli lisenziyaları yaymasa da, əməliyyat sistemi müəyyən müddət ərzində yeniləmələri almağa davam edəcək.

“Windows 10 2025-ci ilin 14 oktyabr tarixinədək kompüterinizi viruslardan, casus və digər zərərli proqramlardan qorumaq üçün təhlükəsizlik yeniləmələri ilə dəstəklənməyə davam edəcək”, - deyə şirkət bildirib.

Nəşrin mütəxəssisləri qeyd ediblər ki, “Microsoft”un belə addımı şirkətin istehlakçıların köhnəlmiş ƏS-dən istifadə etməsini istəməməsi deməkdir.

"Təbii ki, Microsoft sizə Windows 11 lisenziyalarını almağı tövsiyə edəcək" deyilib. Eyni zamanda, Windows 10 üçün ödənişli lisenziyaları müxtəlif bazarlarda almaq mümkün olacaq.

Windows 10-un ilk versiyası 2015-ci ilin iyulun 29-da buraxıldı. 2021-ci ilin oktyabrın 5-də Microsoft Windows 11-i buraxdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR