“Ermənistan Rusiya ilə düşmənçilik edir, bu, göz qabağındadır...” - Suren Petrosyan

“Ermənistan Rusiya ilə düşmənçilik edir, bu, göz qabağındadır...” - Suren Petrosyan

"Ermənistanın indiki dövrdə, bu dövlət idarəetmə sistemi çərçivəsində heç kimlə düşmənçilik etmək potensialı yoxdur".

 

Sfera.az erməni mediasına istinadən bildirir ki, bunu Ermənistan Demokratik Birlik Partiyasının rəhbəri Suren Petrosyan bildirib. O, Ermənistanın açıq şəkildə Rusiya ilə düşmən olduğunu deməsinə gərək olmadığını deyib:

 

"Deyə bilərəm ki, münasibətlər daha da gərginləşir, yaxud kəsişmə nöqtələri bir-birindən uzaqlaşır, bu, göz qabağındadır. Mən dəfələrlə demişəm ki, Ermənistan güclü antiRusiya siyasəti aparır və bunun Ermənistanın maraqlarına uyğun olduğunu demək olmaz. İstənilən hərəkətin, hər hansı bir prosesin aydın, dərin əsaslandırması olmalıdır ki, bu, bizə nə verir?”.

 

S.Petrsoyan İranla Rusiyanın anlaşmalı olduqlarını qeyd edib:

 

“Məncə, Qərb, Türkiyə və Rusiya Ermənistan ərazisindən keçən dəhlizin tərəfdarıdır, sadəcə olaraq razılığa gələ bilmirlər. İkinci məqam da var ki, İran qəti şəkildə istənilən dəhlizin əleyhinədir və burada da Rusiya İranla razılığa gəlməlidir. Rusiya və İran arasında bu məsələdə hərbi, strateji, texnoloji baxımdan çox böyük qarşılıqlı bağlılıq var”.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR