“ABŞ bu silahları vaxtında çatdırmasa...” – Ukrayna müharibəni uduzur?

“ABŞ bu silahları vaxtında çatdırmasa...” – Ukrayna müharibəni uduzur?

“Fevral və mart ayı Ukrayna savaşı üçün həlledici mərhələ olacaq”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, hazırda Ukrayna qoşunları şərq cəbhəsində çətinliklə üzləşir və hücuma keçməmələrinin səbəbi Qərbdən vəd edilən silahların vaxtında çatdırılmamasıdır:

 

“ABŞ və Avropa ölkələri uzaqvuran artilleriya və raket sistemlərini, “Patriot”ları vaxtında təhvil verməsə, Rusiyanın irəliləyişləri qaçılmaz olacaq. Baxmut və Soledarda döyüşlər göstərdi ki, Ukraynanın müdafiədə olması onu çətin vəziyyətə salır. ABŞ prosesdə təşəbbüsü ələ almasa, Rusiya müharibənin bir illiyində irəliləyişlərə nail olacaq”.

 

Ekspert bildirib ki, Rusiya prezidenti Vladimir Putin də qəti şəkildə müharibədə geri addım atmayacaq:

 

“ABŞ yeni silahları fevral ayında Ukraynaya çatdıracaq. Gələn ay isə Ukraynanın əks-hücumları gözlənilir. Amma Rusiya da boş oturmur və əks-hücumların qarşısını almaq üçün dayanmadan hücumlar təşkil edir. Ukraynanın şərq cəbhəsində ağır döyüşlərdə hansı tərəfin qalib olması isə mart ayında aydın olacaq. Rusiya Ukraynanı bir dövlət kimi yox etməyə çalışır. Rusiyanın cəbhədə təşəbbüsləri müvəqqətidir və Ukraynanın əks-hücumları ilə ordunun komplektləşdirilməsi çətin olacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR