Pentaqondan Kiyevin bu istəyinə "yox" dedi

Pentaqondan Kiyevin bu istəyinə

ABŞ-ın Ukraynaya dəstəklə bağlı son qərarı müzakirələrə səbəb olub.

Sfera.az bildirir ki, Pentaqon “Abrams” tanklarını Kiyevə göndərməmək qərarına gəlib. Bu barədə ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kol məlumat verib.

 

O, qeyd edib ki, sözügedən texnikanın istismarı çox çətindir. “Məncə, “Abrams”ın Kiyevə çatdırılmasının vaxtı çatmayıb. Bu tank çox mürəkkəb avadanlıqdır”, - Kolin Kol “Reuters” agentliyinə bildirib.

 

Nazir müavininin sözlərinə görə, bu tanklar çox bahadır və onların üzərində məşq etmək də çətindir. Beləliklə, Pentaqon Ukraynaya bu cür texnika göndərmək əvəzinə, “Stryker” zirehli döyüş maşınlarının göndərilməsinə qərar verib.

 

 

Qeyd edək ki,  bir neçə gündür, Kiyevə “Abrams” tanklarının tədarükü ilə bağlı danışıqlar gedirdi. Almaniya kansleri Olaf Şolz “Əgər ABŞ “Abrams”ı Ukraynaya göndərsə, o zaman Almaniya ukraynalıları “Leopard” tankları ilə təmin edəcək”, deyə söyləmişdi.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR