Zelenskidən daxili işlər nazirinin həlak olduğu qəza ilə bağlı GÖSTƏRİŞ
Kateqoriya məlum deyil
Ukrayna Prezidenti Volodimir Zelenski Brovarı şəhərində helikopterin qəzaya düşməsi ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Zelenski öz rəsmi teleqram kanalında paylaşıb.
Onun sözlərinə görə, ölkənin Təhlükəsizlik Xidmətinə Milli Polis və digər qurumlar ilə birgə hadisənin hansı şəraitdə baş verməsini araşdırmaq tapşırılıb.
Zelenski, həmçinin qəzada daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin, DİN-in dövlət katibi Yuri Lubkoviç, eləcə də nazirliyin digər əməkdaşlarının həlak olması ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, helikopter qəzası nəticəsində 18 nəfər həlak olub, daha 26 nəfər isə yaralanıb.(qafqazinfo)






