Senatın üzvü Fransa Prezidentini ittiham etdi

Senatın üzvü Fransa Prezidentini ittiham etdi

Fransa Senatının üzvü Valeri Boyer Fransa Prezidenti Emmanuel Makronun Ermənistan və Dağlıq Qarabağla bağlı susmasını sərt şəkildə tənqid edib.

 

Sfera.az xəbər verir ki, "France Info" telekanalına müsahibə verən V.Boyer qondarma erməni soyqırımını əsas gətirərək, dövlət səviyyəsində Fransanın Ermənistana qarşı münasibətini qınayıb. O, Hindistanı da tənqid etməkdən çəkinməyib:

 

“Biz 1915-ci il erməni soyqırımını tanıdıq və hətta bunun üçün anım günü də təyin etdik, bəs bunun nə faydası var? İndi yeni soyqırım baş verir və biz nə edirik? Bu günlərdə müqavilə imzaladığımız Pakistan Türkiyə və Azərbaycanla yanaşı ermənilərə qarşı edilənləri dəstəkləyir. Von der Leyen Azərbaycanla müqavilə imzalayır. Təbii ki, biz Ukraynaya kömək edirik. Belə çıxır ki, ermənilərin həyatı ukraynalılarınkından aşağıdır?”, - Valeri Boyer bildirib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR