ABŞ Rusiyanın son danışıq təklifini rədd edib - SƏBƏB

ABŞ Rusiyanın son danışıq təklifini rədd edib - SƏBƏB

ABŞ Rusiyanın son təklifini rədd edib.

Sfera.az bildirir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə birgə mətbuat konfransında danışıb. O, Rusiyanın Ukraynadan yeni ərazi reallıqlarını tanıması tələbini irəli sürdüyünü söyləyib:

 

“Rusiya Federasiyasının aylardır təbliğat apardığına dair ritorika var idi. Guya onlar  diplomatiya ilə maraqlanır, Ukrayna və ABŞ isə yox. Bu, təbii ki, tamamilə yalandır. Bunu görmək üçün düşünürəm ki, Rusiya prezidenti Vladimir Putinin sözlərinə baxmaq kifayətdir. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu yaxınlarda söhbətində bildirib ki, Ukrayna yeni ərazi reallıqlarını qəbul etməyənə qədər, razılaşacaq heç nə yoxdur. Başqa sözlə desək, danışıqların aparılması üçün Ukrayna ərazilərin geri qayıtmayacağı faktını tanımalı və qəbul etməlidir”.

 

Blinken qeyd edib ki, sözügedən tələb qəbuledilməzdir. “Bu tələbin danışıqlar prosesinə başlamaq baxımından uğur şansı yoxdur”, - deyə o vurğulayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR