Dnepr faciəsi zamanı ölən uşaqların adları AÇIQLANDI

Dnepr faciəsi zamanı ölən uşaqların adları AÇIQLANDI

Rusiyanın Dneprdə yerləşən 9 mərtəbəli binaya raket zərbəsi endirməsi nəticəsində 5 uşaq həlak olub.
 

Sfera.az bildirir ki, bu barədə bu gün Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat mərkəzi məlumat verib.
 

Dnepr Şəhər Şurasının Humanitar Siyasət Departamenti ölən uşaqların fotolarını və adlarını dərc edib. Bir yaşlı Nikita Zelenski atası Aleksey ilə birlikdə dünyasını dəyişib. Onun anası 27 yaşlı Yekaterina Zlenskaya isə xilas edilib.


3 yaşlı Mixailina Frantseva və onun 13 yaşlı bacısı Leyla 5-ci mərtəbədə yaşayıb. Qızlar anası ilə birlikdə dünyasını dəyişib.

 

15 yaşlı Mariya Lebed, 9-cu sinif şagirdi.

 

17 yaşlı Maksim Boqutski. "Dnepr Politexnik" NTU-nun birinci kurs tələbəsi. .
 

Qeyd edək ki, şənbə günü yanvarın 14-də Rusiya Silahlı Qüvvələrinin atdığı raketlərdən biri Dneprdə doqquz mərtəbəli binaya düşüb, nəticədə bina 9-cu mərtəbədən 2-ci mərtəbəyə qədər uçub. Dağıntılar altında evin yüzdən çox sakini olduğu məlum olub. Sakinlər arasında ölən və yaralananlar var.



Bu gün xilasedicilər Dneprdə qismən dağılmış 9 mərtəbəli binanın yerində axtarış-xilasetmə işlərinin başa çatması barədə məlumat veriblər. Günorta saatlarına olan məlumatda 39 nəfərin xilas edildiyi bildirilib. Xilas edilənlərdə 6-nın uşaq olduğu məlum olub. 5-i uşaq olmaqla 44 nəfər isə həlak olub. 16-sı uşaq olmaqla 79 nəfər xəsarət alıb. Bundan başqa, Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinə ev sakinlərinin itkin düşməsi barədə 47 məlumat daxil olub. Onlardan 23-nün meyiti tapılıb, daha 4 nəfər raket zərbəsi zamanı qohumlarının yanında olub.
 

Xatırladaq ki, Dneprdə çoxmərtəbəli binaya raket hücumuna görə yanvarın 16-da “Vacib hekayələr”in rus nəşrinin bir qrup jurnalistləri Rusiya Silahlı Qüvvələrinin digər hərbi qulluqçuları ilə yanaşı aviasiya qərargah rəisi Dmitri Qolenkova müraciət ediblər. Qolenkov baş verənlərdə günahını inkar edir.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR