Logo

Nepalda qəzaya uğrayan təyyarədə ölənlərin cəsədləri tapıldı

Nepalda qəzaya uğrayan təyyarədə ölənlərin cəsədləri tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verildiyi kimi, dekabrın 15-də Nepalın paytaxtı Katmandudan Poxara şəhərinə uçan “Yeti Hava Yolları”na məxsus sərnişin təyyarəsi Poxara Beynəlxalq Hava Limanına enərkən qəzaya uğrayıb.

Sfera.az bildirir ki, qəzaya uğrayan təyyarədə olan 72 nəfərdən 70-nin cəsədinin tapıldığı açıqlanıb.

Nepal Mülki Aviasiya Təşkilatından verilən açıqlamada aralarında əcnəbilərin də olduğu 68-i sərnişin və 4 ekipaj üzvü olmaqla, 72 nəfərdən 70-nin cəsədinin tapıldığı bildirilib.

25 cəsəd Katmanduya göndərilib. 23 cəsəd isə Nepal Ordusu tərəfindən Tədris Xəstəxanasında yarılma üçün göndərilib. 22 cəsədin hamısı Poxarada həlak olanların ailələrinə/qohumlarına təhvil verilir.

Qurumdan dünən verilən açıqlamada ölənlərdən 41-nin şəxsiyyətinin müəyyən edildiyi, təyyarənin qara qutusu və kokpit səs yazılarına daxil edildiyi bildirilib. Bundan əlavə, təyyarədə 53 Nepal, 5 Hindistan, 4 Rusiya, 2 Koreya, 1 Avstraliya, 1 Argentina, 1 İrlandiya, 1 Fransa vətəndaşı və 4 ekipaj heyəti olmaqla 72 nəfərin olduğu açıqlanıb.

Aynil

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR