Rusiya 1,5 milyonluq ordu saxlayacaq – Əlavə nə qədər hərbçi cəlb ediləcək?

Rusiya 1,5 milyonluq ordu saxlayacaq – Əlavə nə qədər hərbçi cəlb ediləcək?

Rusiya Prezidenti Vladimir Putin ölkənin silahlı qüvvələrində xidmət edən hərbçilərin sayını 1,5 milyon nəfərə çatdırmaq qərarına gəlib. Hərbçilərin sayının bu həddə çatdırılması 2023-2026-cı illər üçün nəzərdə tutulub. 


Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyində jurnalistlərə açıqlamasında nazir Sergey Şoyqu verib. 


Nazir deyib ki, Rusiyanın iki yeni hərbi dairəsi də olacaq. Yeni dairələr Moskva və Leninqradı əhatə edəcək. 


Şoyqu üç yeni motoatıcı və iki hava hücumundan müdafiə diviziyasının yaradılmasını, yeddi motoatıcı briqadanın bölmələrlə yenidən təşkilini, həmçinin dəniz donanmasının, aerokosmik qüvvələrin və strateji raket qüvvələrinin döyüş komponentinin gücləndiriləcəyini bildirib. 


Nazir qeyd edib ki, müqavilə əsasında hərbi qulluqçuların orduya cəlb edilməsinə xüsusi diqqət yetiriləcək. 


Hazırda Rusiya ordusunda müqaviləli əsgərlərin sayı 521 min nəfərdir. Onların sayının 695 min nəfərə çatdırılması nəzərdə tutulur. 


Qeyd edək ki, 2022-ci ilin əvvəlində Rusiyada 1 milyon hərbçi olub. 2023-cü ildə əsgər sayı 1,15 milyona çatdırlıb. Bu il daha 350 min hərbçinin orduya cəlb edilməsi planlaşdırılır. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR