Maksim Qalkindən Dneprdə baş verən faciəyə cəmi üç sözlə REAKSİYA

Maksim Qalkindən Dneprdə baş verən faciəyə cəmi üç sözlə REAKSİYA

Ukraynayönlü mövqeyinə görə ailəsi ilə birlikdə Rusiyanı tərk etmək məcburiyyətində qalan rus yumorist və teleaparıcı Maksim Qalkin Rusiyanın Dneprdə törətdiyi faciəyə reaksiyasız qalmayıb. Qeyd edək ki, Rusiyanın atdığı raket yaşayış binasının bütün girişini dağıdıb və son məlumatlara əsasən 40 nəfərin həyatını itirdiyi bildirilir.
 

Sfera.az bildirir ki, Maksim Qalkin instaqram səhifəsində dağıdılmış ev və əlləri ilə üzünü bağlayan ağlayan qadını əks etdirən foto yerləşdirib.


"Dnepr. Dözülməz ... qeyri-mümkün ..." yazan sənətçi sınıq ürək və duada qatlanmış əllər şəklində emoji əlavə edib. Qalkin postla bağlı şərh yerini bağlayıb.
 

"Şərhləri bağlayıram. Botların pul üçün burada əylənməsini və istehza etməsini istəmirəm"-deyə bunu izah edib.


Xatırladaq ki, Maksim Qalkin bundan əvvəl də Rusiya ordusunun hərbi cinayətlərini tənqid edib. Odessada insanların da öldüyü yaşayış binasına edilən basqına da reaksiya verib.
 

Sənətçinin sözləri heç vaxt Rusiya hakimiyyət orqanlarının xoşuna gəlməyib. O, “xarici agent” elan edilib və onu ukraynalıları dəstəklədiyinə və RF Silahlı Qüvvələrini gözdən saldığına görə mühakimə etməyə çalışırlar. Buna baxmayaraq, həmyerlilərinin bu cür hərəkətləri onu qorxutmur və sənətçi ukraynalı qaçqınlara kömək etməkdə davam edir. Qalkinin fikirlərini Rusiyadan kənarda minlərlə fanatı paylaşır. Maksimin konsertləri tam dolu salonlarla keçirilir və təşkilatçılar tez-tez əlavə tamaşalar təşkil etməli olurlar.

Açıklama yok.

 

Aynil


OXŞAR XƏBƏRLƏR