Bu il KTMT-nin 4 təlimindən üçü Belarusda keçiriləcək
Kateqoriya məlum deyil
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2023-cü ilə planlaşdırılan dörd təlimindən üçü Belarusda keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə bazar günü STV telekanalına müsahibəsində Respublika Təhlükəsizlik Şurası dövlət katibinin birinci müavini Pavel Muraveyko bildirib .
“Bunlar Çevik Hərəkat Kollektiv Qüvvələrinin Qarşılıqlı Təlimləri, Kəşfiyyat bölmələrinin Poisk təlimləri və sentyabrda ölkəmizin ərazisinin arxa cəbhəsində keçiriləcək eşelon təlimləridir” – deyə Muraveyko əlavə edib.






