Putin 2024-cü ilə qədər yaşamayacaq - Yaxın ətrafı onu öldürə bilər

Putin 2024-cü ilə qədər yaşamayacaq - Yaxın ətrafı onu öldürə bilər

Vladimir Putin gələn ili görə bilməyəcək.

 

Sfera.az bildirir ki, bu sözləri Rusiya müxalifətinin lideri İlya Ponomarev deyib. Onun sözlərinə görə, Putinin əmrini öz yaxın ətrafı verə bilər.
 

Belə ki, Rusiyanın tam nəzarət etmədiyi “yeni ərazilər”in ilhaqı, habelə rus qoşunlarının Kiyevə uğursuz hücumu və Xersondan geri çəkilməsi ilə bağlı bəyanatlar Putinin yaxın çevrəsinin ona qarşı silah çevirməsinə gətirib çıxaracaq.
 

Müxalifətçinin fikrincə, 2022-ci il Putinin təsirinin zəifləməyə başladığı il olub.


Ponomarev jurnalistlərə müsahibəsində: "Mənim proqnozum onun növbəti ad gününü görməyəcəyi ilə bağlı hələ də qüvvədədir"-deyib.
 

“Əlbəttə, mənim arzum onu ​​[Putini] Haaqadakı müttəhimlər kürsüsündə görməkdir”-deyə o əlavə edib.
 

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Putinin 71 yaşı tamam olacaq.
 

Qeyri-hökumət təşkilatları, jurnalistlər və müstəntiqlər tərəfindən toplanmış sübutların ortaya çıxmasından sonra ABŞ-ın beynəlxalq cinayət hüququ üzrə xüsusi tapşırıqlar üzrə səfiri Beth van Schaak noyabr ayında Rusiyanı sistematik şəkildə hərbi cinayətlərdə ittiham edib.
 

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Haaqanın təcavüz cinayətini araşdırmaq üçün doğru yer olduğunu bildirib.


İlya Ponomarev kimdir?
 

Rusiyalı müxalifətçi İlya Ponomarev 2014-cü ildə Krımın ilhaqının əleyhinə səs verən yeganə rusiyalı deputat olub. 2007-2016-cı illərdə Dövlət Dumasının deputatı olan Ponomarev indi Ukraynadadır və ona vətəndaşlıq verilib. O, Rusiyanın demokratiya tərəfdarı olan müxalifət hərəkatının lideridir.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR