Ukraynada hərbi əməliyyatlara rəhbərlik ona tapşırıldı
Kateqoriya məlum deyil
Rusiya Ukraynadakı hərbi əməliyyatlara komandanlığı Valeri Gerasimova tapşırıb.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Rusiya müdafiə naziri Sergey Şoyqu imzalayıb.
Belə ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.






