Bayden gizli sənəd olayından DANIŞDI: “Bunu biləndə təəccübləndim”

Bayden gizli sənəd olayından DANIŞDI: “Bunu biləndə təəccübləndim”

ABŞ Prezidenti Co Bayden əvvəllər çalışdığı ofisdə tapılan məxfi sənədlərdən danışıb. 

 

Sfera.az bildirir ki, o, bununla bağlı təhqiqat aparan ABŞ Ədliyyə Nazirliyi ilə tam əməkdaşlıq etdiyini söyləyib.

 

Şimali Amerika Sammitindən sonra Meksika və Kanada liderləri ilə birgə mətbuat konfransında bu barədə danışan Ağ Ev rəhbəri məxfi sənədlərlə bağlı məsələyə çox ciddi yanaşdığını deyib:

 

“Vəkillərim ofisimdə qapalı şkafda bir neçə sənədin tapıldığını öyrəniblər. Onlar dərhal ABŞ Milli Arxivləri ilə əlaqə saxlayıblar və sənədləri ora təhvil veriblər”.

 

Bayden vurğulayıb ki, söhbət mühafizə olunan ofisdən gedir:

 

“Mən bundan xəbərdar oldum. Bəzi dövlət sənədlərinin bu idarəyə çatdırıldığını biləndə təəccübləndim. Amma o sənədlərdə nə olduğunu bilmirəm. Vəkillərim bunu öyrənməyin tövsiyə edilmədiyini bildirdilər. Sənədlərin olduğu qutuları arxivə verdilər. Biz onların nəzərdən keçirilməsi prosesində tam əməkdaşlıq edirik. Ümid edirəm ki, bu, tezliklə tamamlanacaq və sonra təfərrüatlar bəlli olacaq”.

 

Qeyd edək ki, Baydenlə əlaqəli beyin mərkəzində onun vitse-prezident olduğu dönəmdə istifadə etdiyi xidməti kabinetdən gizli dövlət sənədləri aşkarlanmışdı. Respublikaçılar 2017-2019-cu illərdə Baydenin oturduğu otaqdan tapılan məxfi materialları onun oğurladığını iddia edirdilər.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR