Təhdidlərdən sonra Şahzadə Harri işə silahlı mühafizəçilər götürdü

Təhdidlərdən sonra Şahzadə Harri işə silahlı mühafizəçilər götürdü

Şahzadə Harrinin "Ehtiyat" adlı xatirələr kitabı, çoxsaylı müsahibələri pul qazanmaq və ailəsini ləkələmək istəyi ona baha başa gəlib. İndi onu hər yerdə bütöv bir silahlı cangüdənlər dəstəsi müşayiət edir.
 

Sfera.az bildirir ki, Şahzadə Harri bazar ertəsi axşam Nyu-Yorka gedib və Stiven Kolbertin verilişində iştirak edib. Bu zaman da onun yanında silahlı mühafizəçi görünüb.
 

Şahzadə xatirə kitabı rəflərə çıxdıqdan sonra diqqət mərkəzindədir və demək olar ki, dünyanın məşhur media agentliklərinin gündəmindən düşmür. Həm özü, həm də kitabı ətrafındakı qalmaqallar səngimək bilmir.
 

Düzdür, kitab özü lazımınca ajiotaj yaratmayıb, çünki ötən həftə ispandilli kitabdan bəzi fəsillər medianın əlinə keçib. Bütün media agentlikləri artıq bir neçə gündür ki, şahzadənin açıqlamalarını müzakirə edirlər.
 

Şahzadə ABŞ-a köçdükdən sonra təhlükəsizliyindən daha çox narahat olsa da, tez-tez müdafiəyə ehtiyacı duymadığını deyirdi. Amma o, uzun müddətdir silahların olduğunu açıq şəkildə nümayiş etdirən bir cangüdənlə görünməyib. Harri və Meqanın indi gündə 8,800 dollar ödəniş alan Los-Ancelesin özəl təhlükəsizlik firmasından istifadə etdikləri güman edilir.
 

Şəxsi silahlı mühafizəçilərin qadağan olunduğu Böyük Britaniyadan fərqli olaraq, ABŞ-da mühafizəçilərin odlu silah gəzdirməsinə icazə verilir.
 

Kitabın fəsillərində Şahzadə Harri məsumluğunu itirməsindən, narkotik istifadəsindən və s. qalmaqallı mövzulardan yazıb.

O, kraliça və öz qardaşı da daxil olmaqla bütün ailəsini tənqid edib, həmçinin hərbi xidmət zamanı 25 Taliban üzvünün öldürülməsi barədə yazaraq, hazırda Əfqanıstanda hakimiyyətdə olan Talibanı qəzəbləndirib. Hərbçilər də bu cür ifşalara qarşı çıxıb və Şahzadənin bu barədə danışmaqla özünü təhlükəyə atdığını qeyd ediblər.

 

Aysel

 

Açıklama yok.



 


OXŞAR XƏBƏRLƏR