Özünü Makron kimi qələmə verən adamla telefonda danışdı - Prezident vəzifəsindən uzaqlaşdırdı

Özünü Makron kimi qələmə verən adamla telefonda danışdı - Prezident vəzifəsindən uzaqlaşdırdı

Keçən ilin noyabrında (Polşaya raket düşdüyü gün-red.) Polşa Prezidenti Anjey Duda özünü Fransa prezidenti Emmanuel Makron kimi təqdim edən Vovan və Lexus adlı şəxslərlə telefonda danışıb. Daha sonra həmin şəxslərinrus prankerləri olduğu məlub olub.
 

Sfera.az bildirir ki, insidentdə məsul olan şəxsin axtarışına başlanıb və məsuliyyət daşıyan məmurun Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun direktoru Piotr Gillert olduğu aydınlaşdırılıb.
 

Noyabrın 15-də Polşanın Przevodov kəndinə raketlərin düşdüyü gün məşhur rus prankerləri Vladimir Kuznetsov və Aleksey Stolyarov özünü Fransa prezidenti Emmanuel Makron kimi təqdim edərək Polşa dövlətinin başçısına zəng edib.
 

"İnanın mənə, çox ehtiyatlıyam, rusları qınamıram. Emmanuel, bu müharibədir. Düşünürəm ki, bu müharibədə hər iki tərəf bir-birini günahlandıracaq"- deyə Polşa prezidenti Duda söhbətində bildirib.
 

Prezident aparatında keçirilən məhkəmə prosesindən sonra qərara alınıb ki, Dudanın digər dövlətlərin liderləri ilə ünsiyyətinə cavabdeh olan beynəlxalq siyasət şöbəsinin müdiri Gillertdir.
 

Prezident komandası qeyd edib ki, noyabrın 15-i Polşada çox ağır gün olub, vəziyyət gərgin olub, ona görə də digər dövlətlərin nümayəndələri ilə ünsiyyət həmişəkindən fərqli şəkildə olub.
 

Qeyd edək ki, noyabr hadisəsi Dudanın prankerlərlə danışdığı ilk hadisə deyil. Bundan əvvəl belə bir söhbət 2020-ci ildə olub. Həmin vaxt prankerlər özlərini BMT-nin baş katibi Antonio Quterreş kimi təqdim ediblər.
 

Bundan sonra Prezident aparatı belə halların təkrarlanmaması üçün bir sıra tədbirlər görsə də, kömək etməyib. Belə ki, beynəlxalq zənglər adətən əvvəlcədən razılaşdırılır. Söhbətdən əvvəl hüquqşünaslar konkret nazirliyə və ya ekstremal hallarda sözügedən ölkənin səfirliyinə müraciət edərək məlumatı təsdiqləməlidirlər. Bu cür yoxlama həm telefon, həm də etibarlı və təsdiqlənmiş ictimai domenlərdən e-poçt vasitəsilə həyata keçirilə bilər.
 

Prankerlər zəng zamanı rus aksenti olmadan ingilis dilində mükəmməl danışması əvvəlcə Dudanın diqqətini çəkməyib. Prezident daha sonra qeyri-adi danışıq tərzi ilə bunun uydurma olduğunu anlayanda dərhal söhbəti dayandırıb.

 

Aysel
 


OXŞAR XƏBƏRLƏR