Keçmiş prezident xəstəxanaya yerləşdirildi

Keçmiş prezident xəstəxanaya yerləşdirildi

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro Amerika xəstəxanalarından birinə yerləşdirilib.


Sfera.az bildirir ki, Bolsonaro qarın ağrısı diaqnozu ilə Florida ştatının Orlando şəhərindəki “AdventHealth Celebration” Xəstəxanasına yerləşdirilib.


Keçmiş prezident ötən gün səhər saatlarında özünü pis hiss edib və yerli vaxtla səhər saat 4-də rentgen üçün xəstəxanada qeydiyyata alınıb.


Jurnalistlərin qeyd etdiyinə görə sabiq dövlət başçısının səhhətində problemlər 2018-ci ildə aldığı bıçaq yarası ilə başlayıb. Ötən ilin noyabrında siyasətçi bu problemə görə Braziliyanın Silahlı Qüvvələr Xəstəxanasında müalicə olunub.
 

Braziliyada etirazlar
 

Jair Bolsonaronun tərəfdarları isə xəbər verdiyimiz kimi yanvarın 8-dən etiraz aksiyasına başlayıblar. Bu zaman hökumət binaları ələ keçirilib. Nümayişçilər Milli Konqresə və Ali Məhkəməyə, habelə prezident iqamətgahına - hazırkı prezident Luiz İnasio Lula da Silvanın yaşadığı Planalto Sarayına soxulublar. Qeyd edək ki, sabiq dövlət başçısı özü də iğtişaşları pisləmiş, tərəfdarlarını qarşıdurmaları dayandırmağa səsləmişdi.
 

İğtişaşlar isə səngimir, yanvarın 9-na qədər olan məlumatlarda təhlükəsizlik qüvvələrinin 400-dən çox etirazçını həbs etdiyi bildirilir. Lula da Silva səfərini yarımçıq dayandıraraq fövqəladə vəziyyət elan edib.


Xatırladaq ki, yanvar ayında Jair Bolsonaro bağırsaq problemi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. O, 2018-ci il prezident seçkiləri kampaniyası zamanı mədəsindən güllə yarası alıb və bağırsaqları zədələnib.


Keçmiş prezident bir neçə əməliyyat keçirib və qanının 40%-ni itirib.

Açıklama yok.

Aynil


OXŞAR XƏBƏRLƏR