Şahzadə Harri qalmaqala səbəb olan yazışmalar dərc etdi

Şahzadə Harri qalmaqala səbəb olan yazışmalar dərc etdi

Şahzadə Harri "Ehtiyat" kitabında indi də 2018-ci ildə toydan bir neçə gün əvvəl Meqan Markl və Keyt Middleton arasındakı mübahisənin bütün incəliklərini açıqlayıb. O, iki qadın arasındakı yazışmaları dərc edib. Onun fikrincə bu, o zaman baş verənlərə aydınlıq gətirir. Bəs Ketrinin şahzadənin gələcək həyat yoldaşını göz yaşlarına boğmasının səbəbi nə olub?
 

Yazışmaların skrinşotuna görə, Keyt Meqana yazıb ki, Şarlottanın yəni paltarı çox geniş, uzun və çirkin olub. Balaca qız evdə paltarı yoxlayarkən çox ağlayıb. Keyt qızının geyiminin gəlinin digər rəfiqələrinin paltarları kimi, dəyişdirilməli olduğunu israr edib.
 

Harri təkid edir ki, hadisəni bir gün mesajına gec cavab verilməkdən əsəbiləşən Keyt törədib. Şahzadənin sözlərinə görə, nişanlısı toy ərəfəsi paparassilərə pul müqabilində poza verən atası ilə mübahisələrini həll etməklə məşğul olub. Növbəti gün o Ajay adlı dərzisini Şarlottanın yanına göndərib.
 

Daha bir neçə mesajdan sonra Keyt Meqana "OK" cavabı verməklə kifayətlənərək, bu yazışmaları bitirib.
 

Harrinin sözlərinə görə, evə gələndə nişanlısının yerdə uzanaraq ağladığını görüb. Onun bu qədər əsəbi olduğunu ilk dəfə görüb dəhşətə gəlib. Amma emosiyaların başa düşülən dərəcədə gərgin olduğu üçün bunun fəlakət olduğunu düşünməyib. Harri Meqana "Keyt pis bir şey demək istəməyib"dediyini də vurğulayıb.


Səhəri gün Keyt üzr istəmək üçün çiçəklər və kartla gəlib. Harri xüsusi olaraq Meqanın ən yaxşı dostu Lindseyin həmin gün orada olduğunu qeyd edir, sanki hadisələrin şahidi kimi nəyisə sübut edə biləcəyinə işarə edir.

Açıklama yok.

Qeyd edək ki, bütün bu illər ərzində kimin kimi ağlatdığına dair bir neçə fərqli versiya var idi.
 

Əvvəlcə Meqanın Keyti ​​ağlatdığı iddia edilib. Bu versiya Sassek hersoqlarını o qədər qəzəbləndirib ki, media agentliklərinə az qala müharibə elan edib və düzəliş tələb ediblər.


Rəsmilər bunun insidentlə bağlı daha çox suallar doğuracağını və şəxsi ailə məsələlərini müzakirə üçün zəmin yaradacağını söyləyərək imtina edib. Cütlük isə bunun sarayın onları müdafiə etmək istəməməsinin başqa bir nümunəsi olduğunu bildirib.
 

Xatırladaq ki, Harri keçən ay Netflix sənədli filmlərində də sarayın qardaşını qorumaq üçün necə yalan danışmağa hazır olduğunu, lakin Meqanla özü haqqında isə həqiqətləri gizlətdiyini israr edib.

 

XANIM


OXŞAR XƏBƏRLƏR