Britaniyada dron az qala nadir təyyarəni məhv edəcəkdi

Britaniyada dron az qala nadir təyyarəni məhv edəcəkdi

Buxton Karnavalında Britaniya ordusunun şərəfinə xatirə uçuşu zamanı insident yaşanıb.

Sfera.az bildirir ki, bu barədə Derbişir polisi açıqlama verib. Həmin gün festival ərazisində pilotsuz təyyarələrin uçuşu qəti qadağan edilməsinə baxmayaraq,
dron operatoru qadağanı pozub. Pilot 20.000-dən çox tamaşaçı tərəfindən izlənilən nadir “Hurricane” təyyarəsinin yaxınlığında pilotsuz təyyarəni təhlükəli şəkildə işə salıb. Polis tez bir zamanda şübhəli-Derbişir ştatının Bakston şəhər sakini Mark Bagqulini tapıb. Pilotsuz təyyarə ələ keçirilib və 49 yaşlı kişi həbs edilib. O, təqsirini boynuna alıb. Təqsirləndirilən şəxs hökm oxunması üçün fevralda məhkəmə qarşısına çıxmalıdır.


“Hurricane” qırıcısı pilotsuz təyyarənin ucbatından az qala yerə düşəcəkdi.

 

Hadisədən sonra Mülki Aviasiya İdarəsi və Derbişir polisi dron operatorlarına təhlükəsiz və qanuni uçuş haqqında xatırlatma edib. Onların belə zarafatları təkcə insanların həyatını deyil, bütün dron sahəsini təhlükə altına qoyur.


Polis qeyd edir ki, dronlar cəmiyyətə böyük fayda gətirməklə yanaşı, fəlakətlərə də səbəb ola bilər. Buna görə də İngiltərədə bütün dron sahibləri qeydiyyata alınmalı, onların pilotsuz təyyarə operatoru kimi səlahiyyətləri təsdiq edilməli və qanunla müəyyən edilmiş uçuş qaydalarına əməl etməlidirlər. Dronlar təhlükəsiz, yaşayış məntəqələrindən və aerodromlardan uzaqda uçurulmalıdırlar.
 

Aynil


OXŞAR XƏBƏRLƏR