Ukraynadakı müharibə Avropada hamilə qadın alveri hallarını artırıb - ATƏT

Ukraynadakı müharibə Avropada hamilə qadın alveri hallarını artırıb - ATƏT

Ukraynadakı müharibə Avropada hamilə qadın alveri hallarını artırıb - ATƏT

 

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri insan alveri, o cümlədən hamilə qadınlar arasında və məcburi köçkünlərin sayı kəskin artıb. 

 

 

Sfera.az bildirir ki, bu sözləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Helqa Mariya Şmid Almaniyanın “Die Welt” nəşrinə müsahibəsində deyib.

 

ATƏT-in baş katibi Ukraynadakı müharibənin insan alveri hallarının artmasına səbəb olduğunu təsdiqləyib. Eyni zamanda, o qeyd edib ki, mütəşəkkil cinayətkarlıq çox vaxt belə “biznes”lə bağlıdır.

 

Onun sözlərinə görə, Rusiya işğalı başlayandan bəri internetdə ukraynalı qadın və azyaşlı uşaqların seksual xidmətləri və pornoqrafik şəkillərinin axtarışları 600% artıb.

 

 

Şmid həmçinin həssas insanlar, xüsusən də qaçqınların ən çox yalan kömək vədləri ilə aldandıqlarını vurğulayıb. O, miqrantların ev sahibi ölkədə kiminsə şəxsi evinə gəlməyə razılaşdıqda və ya insan alverçiləri tərəfindən birbaşa sərhəddə ələ keçirildikdə zorakılığın qurbanına çevrilməsinin qeyri-adi hal olmadığını bildirib.

 

"Bu cinayətkarlar köməyə ehtiyacı olan, pul qazanmağa məcbur olan, yeni ölkənin dilini bilməyən və müharibə nəticəsində tez-tez psixoloji sarsıntı keçirən insanlarla görüşür"-deyə təşkilatın rəhbəri açıqlayıb.

 

ATƏT-in baş katibi o cümlədən 2022-ci il ərzində hamilə qadın alveri hallarının sayının da xeyli artdığını diqqətə çatdırıb.

 

Belə halların qarşısını almaq üçün ATƏT “Thomson Reuters” media şirkəti ilə birlikdə “Təhlükəsiz olun” layihəsinə start verib. Bu layihədə ukraynalılara başqa ölkədə özlərini necə qorumaq barədə məsləhətlər verilir.

 

Hazırda təşkilatın məlumatına görə, dünyada hər il 25-27 milyon insan alveri qurbanı olur. Bunlardan yalnız 10 minə yaxın iş hüquq-mühafizə orqanlarına çatır.

 

 

Eyni zamanda, son 15 ildə insan alverindən əldə edilən illik gəlir 5 dəfə artaraq 150 milyard dollara çatıb.

 

“Amnesty International” Ukraynanın keçmiş rəhbəri Oksana Pokalçuk da xaricdəki qadınlar və uşaqlar, xüsusən də xarici dilləri bilməyənlərin xüsusilə risk altında olduğunu bildirib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR