Putin onu Baş Qərargah rəisi TƏYİN ETDİ - FOTO

Putin onu Baş Qərargah rəisi TƏYİN ETDİ - FOTO

General-polkovnik Aleksandr Lapin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargahının rəisi olub. 

 

Sfera.az bildirir ki,  bu barədə Rusiyanın “RBC” xəbər saytı iddia irəli sürüb. Saytın Rusiya Federasiyasının Müdafiə Nazirliyindəki mənbəsinə istinadən verdiyi məlumata görə, Aleksandr Lapinin yeni vəzifəyə təyinatı yanvarın 9-da baş tutub.

 

Lapin 2018-2019-cu illərdə Rusiya Silahlı Qüvvələrinin Suriya ərazisində qruplaşmasına, 2022-ci ildə isə Lisiçanskdakı döyüş əməliyyatları zamanı Mərkəzin qruplaşmasına komandanlıq edib. Yayda general "Rusiya Qəhrəmanı" adını alıb. Bundan əvvəl Hərbi-Siyasi Təhlil Bürosunun eksperti Vladimir Yeranosyan bildirib ki, Lapin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın (SVO) komandanlığına qayıtmalıdır. Onun fikrincə, belə bir addım Rusiya ordusunun qələbəsinə səbəb olacaq.

 

Qeyd edək ki, 9 noyabr 2012-ci il tarixindən etibarən Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Vasiliyeviç Gerasimovdur.

 

Günay Rəsulqızı

 


 


OXŞAR XƏBƏRLƏR