Macarlar qaçqınlara yox dedi

Macarlar qaçqınlara yox dedi
 
 
Macarıstanda dünən baş tutan referendumda əhalinin 98 faizi Aİ-nin bu ölkəyə iki il ərzində 1294 qaçqın yerləşdirmək planına "yox” deyib.
Sfera.az "Qafqazinfo”-a istinadən xəbər verir ki, lakin referendumda əhalinin 50 faizindən az qismi iştirak etdiyi üçün nəticələr ləğv ediləcək.
Ölkənin baş naziri Viktor Orban isə bildirib ki, macar hökuməti referendumunun uğursuzluğa düçar olmasına baxmayaraq, Aİ-nin qaçqınlarla bağlı siyasətinə qarşı durmağa davam edəcək.
Orbanın referendumun nəticələrinin qanuni olaraq tanınması üçün konstitusiya dəyişikliyinə gedəcəyi gözlənilir: "Biz Brüsselə başa salacağıq ki, Macarıstanın iradəsinin əleyhinə getmək olmaz. Mən bunun baş verməməsi üçün əlimdən gələni edəcəm”.
Ötən il Macarıstana əsasən, Avstriyadan Almaniya və digər Mərkəzi Avropa ölkələrinə yollanmaq üçün 400 min qaçqın və miqrant daxil olub. Bundan sonra macar hökuməti ölkənin cənub sərhədində hasar hörüb sərhəd nəzarətini gücləndirdilər.


OXŞAR XƏBƏRLƏR