Logo

İsveçin Baş naziri: “Türkiyə qeyri-mümkün tələblər irəli sürür”

İsveçin Baş naziri: “Türkiyə qeyri-mümkün tələblər irəli sürür”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyə NATO-ya müraciəti ratifikasiya etmək üçün İsveçin qarşısında yerinə yetirilə bilməz şərtlər qoyur.

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bildirib.

“Onlar bizim verə bilmədiklərimizi və vermək istəmədiklərimizi istəyirlər. İndi qərar Türkiyənindir”, – o deyib.

Qeyd edək ki, İsveç və Finlandiya mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edib, lakin bu proses Türkiyə tərəfindən dərhal əngəllənib. Ankara bu ölkələrin terrorizmdə və 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını və silah tədarükü qadağalarının ləğvini tələb edib. İsveç terror fəaliyyətində iştirak edən 70-dən çox şəxsi ekstradisiya edəcəyinə söz verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR