Logo

“Ukrayna rəsmiləri yardımları mənimsəyəcək” - Kadırov

“Ukrayna rəsmiləri yardımları mənimsəyəcək” - Kadırov
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Qərbin Ukraynaya yardımı çirkli pulların yuyulmasıdır”.

Sfera.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında bildirib:

“Bəziləri Ukraynaya xarici yardımdan narahatdır. Narahat olmayın! Bu, işləyən çirkli pulların yuyulması sxemidir. Qərb və Ukrayna rəsmiləri bu vəsaitləri mənimsəyəcəklər və bütün yardımın 15%-dən çoxu səngərlərə çatmayacaq”.

Kadırov qeyd edib ki, hazırda Rusiya ərazisində baş verən hərbi əməliyyatlardan narahat olmağa dəyməz.

Qeyd edək ki, yanvarın 6-da ABŞ Ukraynaya 3 milyard dollar dəyərində yeni yardım paketi elan edib.

Ağ Evin məlumatına görə, yardım birbaşa Pentaqonun ehtiyatlarından veriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR