İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı - SƏBƏB
Kateqoriya məlum deyil
İstanbul boğazında gəmilərin hərəkətinə müvəqqəti qadağa qoyulub.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb qatı dumandır.
Türkiyənin Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinin internet saytında verilən məlumata görə, saat 04.35-dən etibarən Boğaziçi hər iki istiqamətdə gəmi keçidlərinə bağlanıb.
Hazırda da Boğazın bəzi yerlərində duman sıxlığının olduğu müşahidə edilib.






