BMT Təhlükəsizlik Şurası Ukraynaya görə TOPLANIR
Kateqoriya məlum deyil
BMT Təhlükəsizlik Şurası yanvarın 13-də Ukrayna mövzusunda iclas keçirəcək.
Sfera.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının növbəti həftə üçün dərc olunmuş tədbirlər proqramında deyilir.
Görüşün 13-dən 14-nə keçən gecə - Bakı vaxtı ilə saat 00:00-da başlaması planlaşdırılır.
Bundan əvvəl Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Kimihiro İşikane Təhlükəsizlik Şurasında və BMT Baş Assambleyasında Ukrayna ilə bağlı müzakirələrin dərinləşdirilməsini təklif edib.
Xatırladaq ki, Yaponiya yanvar ayında Təhlükəsizlik Şurasına sədrlik edir.






