Logo

Finlandiya Kiyevə dəstək üçün ŞƏRT QOYDU: Avropa bunu etsə...

Finlandiya Kiyevə dəstək üçün ŞƏRT QOYDU: Avropa bunu etsə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Finlandiya Ukraynaya hərbi yardım etmək üçün şərtini açıqlayıb.

Sfera.az bildirir ki, bu barədə Finlandiyanın Müdafiə Komitəsinin sədri Antti Hakkanen danışıb.

O qeyd edib ki, ölkəsi Ukraynaya “Leopard 2” tankları verəcək. “Əgər Avropa Ukraynaya tanklar verməyə başlasa, Finlandiya da buna qoşulmalıdır. Bununla belə, ölkəmizin töhfəsi az olacaq. Çünki bizim üçün öz müdafiə qabiliyyətimiz prioritetdir”, deyə Hakkanen söyləyib.

Onun sözlərinə görə, bir çox Avropa ölkələrinin zirehli texnika ilə təmin etmək imkanları Finlandiyadan qat-qat çoxdur.

Xatırladaq ki, bundan əvvəl ABŞ-dan Kiyevə “Bradley” piyada döyüş maşınlarının, eləcə də Fransanın AMX-10 tanklarının tədarükü ilə bağlı məlumat verilmişdi.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR