Logo

Professor xəbərdarlıq etdi: "Daha təhlükəli virus..."

Professor xəbərdarlıq etdi: "Daha təhlükəli virus..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin virusologiya kafedrasının professoru, biologiya elmləri doktoru Aleksey Aqranovskinin sözlərinə görə, omikronu sıxışdıra bilən yeni koronavirus ştammının yaranması ehtimalı istisna olunmur.

Sfera.az xəbər verir ki, ekspert bu barədə "360" telekanalına müsahibəsində danışıb.

"Koronavirusun yeni variantı təsadüfən yarana bilər. İndi bunun baş verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Lakin nuklein turşusu zəncirlərinin surət kodunun ötürülməsində xəta baş verərsə, nəticə həmişə gözlənilməz olur. Xəstələrin sayının artması ilə yeni ştammın yaranma ehtimalı artır. Virusun təkamülü müxtəlif yollarla gedə bilər və nəzəri olaraq gücləndirilmiş patogen xüsusiyyətləri olan bir ştamm görünə bilər. Eyni zamanda yeni ştammın yaranmasına nəzarət etmək mümkün deyil, lakin biz buna hazırlaşmalıyıq", - professor bildirib.

Publika.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR