Logo

İngiltərə şahzadəsindən etiraf: "25 nəfəri öldürmüşəm"

İngiltərə şahzadəsindən etiraf: " 25 nəfəri öldürmüşəm "
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Susseks hersoqu Şahzadə Harri Əfqanıstanda hərbi xidməti zamanı 25 nəfəri öldürdüyünü etiraf edib.

Sfera.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı Şahzadənin  tərcümeyi-halından bir parçaya istinadən məlumat yayıb.

“Mən həmişə dəqiq deyə bilərdim ki, neçə düşmən döyüşçüsü öldürdüm... Beləliklə, mənim sayım 25-dir. Bu, mənə həzz verməyib, amma mən bundan utanmadım”, - şahzadə etiraf edib.

Şahzadə Harri bir müddət əvvəl hərbi xidmətinin ona necə təsir etməsindən danışmışdı. O bildirib ki, Britaniya ordusunda 10 il keçirməsi ona kral ailəsinin heç bir üzvünün sahib olmadığı təcrübə qazandırıb.

Qeyd edək ki, Şahzadə Harri 2005-2015-ci illərdə orduda xidmət edib və mayor rütbəsi ilə təqaüdə çıxıb. 2008 və 2012-ci illərdə Əfqanıstandakı döyüşlərdə iştirak edib.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR