Xersonun atəşə tutulması zamanı bir ailə tamamilə məhv oldu
Bu gün Xersonun atəşə tutulması nəticəsində yanğınsöndürmə idarəsi və uşaqlı ailə zərər çəkib.
Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenkonun sözlərinə görə, Rusiya mərmisi yaşayış binasına düşüb. Siyasətçi hesab edir ki, bu, işğalçı ölkənin alçaqlığını bütün çılpaqlığı ilə göstərir.
Sfera.az bildirir ki, bu gün - yanvarın 5-də Xersonun Berislav şəhərinin atəşə tutulması zamanı rus mərmisi yaşayış binasına düşüb, nəticədə 12 yaşlı uşaq da daxil olmaqla bütün ailə həlak olub. Bu barədə Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Kirilo Timoşenko sosial şəbəkələrdə yazıb.
"Bu gün şəhərdə faciəvi xəbər var. İşğalçıların atəşə tutması və evə düşən mərmi nəticəsində bir ailə həlak olub"- deyə o, şərh edib.
Timaşenko vurğulayıb ki, səhərlər Rusiyada “Milad atəşkəsi”nə ehtiyac olduğunu bəyan edirlər, artıq günorta isə Ukraynada dinc sakinləri qətlə yetirirlər. Timoşenko hesab edir ki, bu, təcavüzkar ölkənin bütün alçaqlığını öz çılpaqlığı ilə nümayiş etdirir.
“Ər, arvad və onların 12 yaşlı oğlunun günahı nə idi? Onların sadəcə ukraynalı olması faktı? İnsanlar evlərində Milad bayramını birlikdə qeyd etməyə hazırlaşırdılar, lakin rusların rüsvayçı zərbəsi onları öz evlərində öldürdü”- siyasətçi qəzəbini gizlədə bilməyib.
Bundan əvvəl isə Yaroslav Yanuşeviç bu gün atışma zamanı Rusiya mərmilərindən birinin vilayət mərkəzinin mərkəzindəki yaşayış binasına düşdüyünü bildirib. Nəticədə 18 yaşlı oğlan dünyasını dəyişib.
Xerson yanğınsöndürmə bölməsinin ruslar tərəfindən vurulduğu da məlum olub. Nəticədə bina qismən dağılıb, lakin xəsarət alan olmayıb.
Xatırladaq ki, yanvarın 5-də səhər saatlarında Rusiya Patriarxı Kirill Ukraynada cəbhədə Milad bayramı ilə bağlı atəşkəsə çağırıb. Rus Pravoslav Kilsəsinin rəhbəri 6 yanvar saat 12:00-dan 7 yanvar saat 24:00-dək hərbi əməliyyatların dayandırılmasını təklif edib.
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak isə hesab edir ki, rus yepiskopunun təklifi tələdir və Kreml yönümlü təbliğatın bir hissəsidir.
Aynil