Logo

Dəhşətli fırtına yaxınlaşır: Fövqəladə vəziyyət elan edildi

Dəhşətli fırtına yaxınlaşır: Fövqəladə vəziyyət elan edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Gevin Nevsom şiddətli fırtınanın yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Sfera.az xəbər verir ki, qubernator yaydığı açıqlamada insanları yaxınlaşan fırtınanın mənfi təsirlərindən qorumaq üçün səfərbər olduqlarını bildirib.

Nevsom deyib: "Bu fövqəladə vəziyyət ştata fırtına yaxınlaşdıqca, tez reaksiya göstərməyə imkan verəcək".

Fövqəladə vəziyyətə əsasən, vətəndaşlardan çərşənbə gecəsi və cümə axşamı səhər qeyri-vacib səyahətlər etməmək istənilib.

Sakinlərdən üç gün ərzində ərzaq və su saxlamaq, dondurucu və soyuducuları yalnız zəruri hallarda işlətmək tələb olunub. (Publika.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR