Ana və qızı 8 il ərzində 560 cəsədi parçalayıb satıb – Məhkəmə isə onları...
ABŞ-da sahib olduqları cənazə evi vasitəsilə onlara etibar edilən 560 mərhumun cəsədini parçalayaraq satan ana və qızı həbs edilib.
Sfera.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, iki qadın mərhumların ailələrini "aldatmaqda" günahkar bilinərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirin seçilib.
Məhkəmənin qərarı çoxlarında təəccüb yaradıb. Təəccübün yaranmasına səbəb ABŞ federal qanununda bədən hissələrinin satışı ilə bağlı cinayət əməlinin nəzərdə tutulmamasıdır. Buna görə də ABŞ məhkəməsi 46 yaşlı Meqan Hess və onun anası 69 yaşlı Şirli Koxu 2010-2018-ci illər arasında dəfn işləri üçün onlara təhvil verilmiş 560 cəsədi ailələri ilə razılaşdırmadan parçalayaraq satdıqlarından dələduzluqda günahkar bilib. Məhkəmənin qərarı ilə ana 15 il, onun qızı isə 20 il həbs cəzasına məhkum edilib.
Məlum olub ki, ana və qızı mərhumun ailələrindən dəfn haqqı üçün 1000 dollar almalarına baxmayaraq cəsədlər bütöv şəkildə dəfn edilməyib.
ABŞ-da orqanların satışı qeyri-qanuni əməl hesab edilsə də, bədən hissələrinin satışı ABŞ federal qanunlarına görə cinayət sayılmır. Buna görə də məhkəmə ana və qızını mərhumların ailələrini aldatmaqda günahlandırıb.
Vasif
Sfera.az