Logo

Rusiyada miqrantlarla saxta nikahlar artır – Yeni qanun hazırlandı

Rusiyada miqrantlarla saxta nikahlar artır – Yeni qanun hazırlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) miqrantlarla uydurma nikahların bağlanmasını qadağan edən qanun layihəsi hazırlayıb.

Sfera.az TASS-a istinadən xəbər verir ki, DİN-in nümayəndəsi İrina Volk yeni qanun layihəsinin əcnəbilərin uydurma nikahlar və ya atalıq müəyyən etmək yolu ilə Rusiyada miqrant statusu almaq imkanlarını qadağan edəcəyini bildirib.

O qeyd edib ki, hazırda qanun idarələrarası koordinasiya mərhələsindədir. Onun sözlərinə görə, 2022-ci ilin 11 ayı ərzində DİN əvvəllər Rusiya vətəndaşı ilə evlənmiş əcnəbilərin Rusiyada yaşamaq icazəsinin ləğvi ilə bağlı 400-ə yaxın qərar verib.

Mövcud qanunvericiliyə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşı ilə ən azı 3 il evli olduqda və ya ailədə ümumi uşaq olduqda sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığına qəbul üçün müraciət edə bilər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR