Logo

Akar Ştaynmayerlə NATO-nun genişlənməsi və Suriyadakı vəziyyəti müzakirə etdi

Akar Ştaynmayerlə NATO-nun genişlənməsi və Suriyadakı vəziyyəti müzakirə etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə Braziliyada keçirdiyi  görüşdə NATO -nun genişlənməsi və Suriyadakı vəziyyəti  müzakirə edib.

Sfera.az xəbər verir ki, bu barədə diplomat öz Twitter səhifəsində yazıb .

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın salamlarını Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə çatdırdıq. Biz Suriya və NATO-nun genişlənməsini müzakirə etdik”, - deyə nazir bildirib.

Bundan əvvəl Finlandiyanın müdafiə naziri Antti Kaykkönen ölkəsinin 2023-cü ilin iyuluna kimi NATO üzvü ola biləcəyini bildirmişdi.

Bundan əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar bildirmişdi ki, Finlandiya və İsveç NATO-ya daxil olarkən Ankaranın tələblərini yerinə yetirmək üçün konkret addımlar atmır. Akarın sözlərinə görə, Ankara NATO-nun açıq qapı siyasətinə açıq qalır. Eyni zamanda Türkiyə milli təhlükəsizlik prioritetlərinin nəzərə alınmasını gözləyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR