Türkiyədə partlayış törədildi: 7 nəfər öldü, 4 nəfər yaralandı
Kateqoriya məlum deyil
Türkiyənin Aydın şəhərinin Nazilli rayonunda restoranda baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 4 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Aydın valisi Hüseyn Aksoy məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, noyabr ayında İstanbulda da partlayış törədilmişdi. Nəticədə 6 nəfər ölüb, 80 nəfər xəsarət alıb.






