İsrail üçün ən böyük təhdid nədir? – İran, yoxsa...

İsrail üçün ən böyük təhdid nədir? – İran, yoxsa...

"2023-cü ildə qlobal təhdidlərin İran üçün daha ciddi təhlükə törədəcəyi proqnozlaşdırılır".

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.  O, İsrailin İran üçün təhdid olmadığını bildirib:

 

"İranın İsrail üçün artıq ən ciddi təhlükə olmadığı barədə bu günlərdə yəhudi dövlətinin kütləvi informasiya vasitələri məlumat yayıb. Onlar öz məlumatlarında hərbi kəşfiyyat orqanlarına istinad edirlər. 2023-cü ildə qlobal təhdidlərin ölkə üçün daha ciddi təhlükə törədəcəyi proqnozlaşdırılır. İran qlobal problemlərdən sonra İsrailin üzləşəcəyi ikinci çağırış kimi dəyərləndirilir. Bu, eyni zamanda İsrailin Amerika Birləşmiş Ştatları ilə birlikdə İrana qarşı apardığı uzunmüddətli mübarizənin nəticəsi hesab oluna bilər. İsrailin İranla  qarşıdurmada müəyyən nailiyyətlər əldə etməsi göz qabağındadır. Bu, özünü İranda 100 gündən artıq davam edən iğtişaşlarda, İran iqtisadiyyatının çökmək üzrə olmasında, milli valyutanın kəskin şəkildə ucuzlaşmasında göstərir. Amma bir nömrəli təhdid kimi qiymətləndirilməməsi israilin İrana qarşı apardığı qarşıdurmanın səviyyəsinin aşağı düşəcəyi anlamına da gəlməməlidir. Əksinə, İranın zəifləməsi İsrailin ona qarşı mübarizədə yeni taktikaların tətbiq edilməsi ilə nəticələnəcək ki, bu da özünü Tehranın nüvə tədqiqatı sahələrinə hücumlarda göstərə bilər. Artıq İsrailin İrana qarşı müharibəyə daha da yaxınlaşması heç kimdə şübhə doğurmur. Bu addımın 2023-cü ildə atılacağı da ən ciddi ehtimallar içərisindədir".

 

Ekspert 2023-cü ildə iki ölkənin qarşı-qarşıya gələcəyini qeyd edib:

 

"İran-İsrail müharibəsinin qarşısını yalnız İranda baş verən daxili-siyasi vəziyyətin, qarşıdurmanın inkişaf tempi müəyyən edəcək. Ola bilər ki, İrandakı iğtişaşlar daha da inkişaf edərək molla rejiminin dağılması ilə nəticələnər. Bu zaman İsrailin də müharibəyə girməsinə ehtiyac qalmayacaq. Amma bu ehtimal xeyli zəifdir. İsrailin üzləşəcəyi başqa təhlükə ABŞ-Çin qarşıdurmasıdır. Bu qarşıdurmanın növbəti ildə daha da kəskinləşəcəyi gözlənilir. Bu mənada İsrail də müəyyən mənfi təsirlərə məruz qalacaq. Rusiya ilə Ukrayna arasında gedən müharibə qlobal təchizat zəncirinin qırılmasına səbəb olacaq . Bu da bütün dövlətlərin gündəlik tələbat malları ilə təchiz olunmasında ciddi problemlər yaradacaq. Bu problemlərin qlobal səviyyəyə qalxması da İsrail üçün təhdid kimi qiymətləndirilir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Osmanlı Sultanlarının zəhərlənməyə qarşı istifadə etdiyi maraqlı üsul - FOTO

Osmanlı sultanları sarayda sui-qəsd cəhdlərinə qarşı müxtəlif tədbirlər görürdülər. Bu tədbirlərdən birinin yeməklərdə istifadə edilən seladon çini qab olduğu d...

Şener Şenin dublyoru vəfat etdi

Məşhur türk aktyor Şener Şenin dublyoru Hasan Demircan vəfat edib.   Sfera.az xəbər verir ki, o, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. ...

Bakıda ağır qəza: "Mercedes" mağazaya çırpıldı -FOTO

Bakının Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Əziz Nəzərov və Cavidan İbrah...

Birinci Dünya Müharibəsinin ən qeyri-adi əsgəri: Meymun Ceki

Birinci Dünya Müharibəsində iştirak edən ən qeyri-adi əsgərlərdən biri Ceki adlı meymun olub. Sahibi Cənubi Afrikalı əsgərlə cəbhəyə qoşulan Ceki cəsarətinə gör...

Azyaşlı uşaqlar təhlükəli “TikTok” trendinə görə xəstəxanalıq oldular

Lvovda (Ukrayna) təkcə bir həftə ərzində təcili yardım maşını 10, 11 və 15 yaşlı oğlanları üzlərində əldəqayırma partlayıcılar partlamış xəsarətlərlə xəstəxanal...

Cənubi Koreya məhkəməsi prezidentlə bağlı QƏRAR VERDİ

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbs edilməsinə qərar verilib.   Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat ...