Logo

II Yekaterinanın Odessa şəhərindəki heykəli götürüldü

II Yekaterinanın Odessa şəhərindəki heykəli götürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın Odessa şəhərindəki  meydanların birindən Rusiya imperatoru II Yekaterinanın heykəli götürülüb.

Sfera.az xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasından bildirilib.

Daha çox Böyük Yekaterina kimi tanınan II Yekaterina 1762-1796-cı illərdə hakimiyyətdə olub və imperialist baxışlarına görə Ukraynada mübahisəli fiqur olaraq görülür. Sözügedən heykəl 1900-cü illərdə ucaldılıb, lakin 1920-ci ildə Sovet hakimiyyəti dövründə sökülüb. 2007-ci ildə Odessa şəhər şurası tərəfindən isə bərpa edilib.

Ötən ay şura heykəlin götürülməsinə qərar verib.

Şuradan verilən məlumata görə, abidə Odessa İncəsənət Muzeyinə köçürüləcək.

Nəzrin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR