Çarlz Şahzadə Harri və Meqanla barışmaq istəyir
Şahzadə Harri və Meqan Marklın ailəsi haqqında qərəzli danışdıqları sensasiyalı Netflix sənədli serialındakı bütün açıqlamalarına baxmayaraq, kral ailəsi deyilənlərə heç bir şərh verməyib. Üstəlik, Çarlz III Sasseks hersoqlarını gələn il tacqoyma mərasiminə dəvət etmək niyyətindədir.
Sfera.az bildirir ki, kral sarayındam hələlik dəvətnamələrin göndərilmədiyi, lakin monarxın Harri və Meqana onları bu tarixi hadisədə görməkdən şad olacağını dediyi bildirilib.
Bu arada Böyük Britaniyada III Çarlzın kiçik oğlu və gəlininin kral titullarından məhrum edilməsinə çağırışlar artır. Bioqraf Sally Bedell Smithin dediyinə görə, Harri onun və həyat yoldaşından titulları almaq üçün “səhvən atasına fürsət verib".
Tarixi ənənəni və Çarlzın daha təvazökar monarxiyanı təmsil edən müasir mərasim arzusunu əks etdirəcək tacqoyma mərasiminə hazırlıq sürətlə irəliləyir.
Kral və Kraliça bu yaxınlarda tədbirə kütləvi hazırlıq çərçivəsində Vestminster Abbeyini ziyarət ediblər.
Müqəddəs Edvardın tacı artıq ölçüsünü dəyişmək üçün London Qülləsindən gətirilib.
Xatırladaq ki, daha əvvəl Kral Çarlz Şahzadə Harri və Meqanı Sandrinqemdə Milad şam yeməyinə dəvət etməmişdi. Bukingem Sarayı serialda elan etdiyi kimi cütlüyün kral ailəsindən üzrxahlıq gözlədikləri barədə sözlərini şərh etməkdən imtina etmişdi.
Xanım