Logo

İlon Mask İran üzərində peyklərini aktivləşdirir

İlon Mask İran üzərində peyklərini aktivləşdirir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“SpaceX”in baş direktoru İlon Mask bildirib ki, onun şirkətinin hazırda İran üzərində 100-ə yaxın aktiv “Starlink” rabitə peyki var.

Sfera.az Reuters-ə istinadən xəbər verir ki, o, hələ 2022-ci ilin payızında bu Yaxın Şərq ölkəsi üzərində xidməti aktivləşdirməyi planlaşdırdığını açıqlamışdı.

“Biz artıq İranda eyni anda 100 “Starlink” peykini aktivləşdirməyə yaxınıq”, - deyə iş adamı bildirib.

Maskın planlarına əlavə bazarı inkişaf etdirmək istəyi deyil, həm də siyasi motivlər daxildir.

Bu ilin sentyabrında “SpaceX”in rəhbəri bildirib ki, İrana “internet azadlığı və sərbəst məlumat axınının irəliləməsi üçün” “Starlink” lazımdır.

O, İranda “Starlink”in işini təmin etmək üçün ABŞ səlahiyyətlilərindən sanksiyalarda istisna edilməsini istəyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR